44 günlük Vətən müharibəsində zərbə və kəşfiyyat PUA-larından istifadə etməklə yeni nəsil savaş texnologiyasını düşmənə nümayiş etdirən Azərbaycan ordusu daha bir "ilk"i reallaşdıracaq.
Bizim.Media istinadən xəbər verir ki, ölkənin Silahlı Qüvvələrinin səsdən sürətlə hərəkət edən pilotsuz uçan aparatla (PUA) təmin edilməsi istisna deyil.
MÖVZU İLƏ BAĞLI:
Erməni əsgərləri milçək kimi ölürdü - "Le Figaro"
Türkiyənin "Türk Havacılık ve Uzay Sanayii A.Ş." (TUSAŞ) aerokosmik konserninin istehsalı olacaq "Göksungur" zərbə PUA-sı dünyanın ən sürətli və ən effektiv dronlarından olacaq.
Sürəti 1600 km/saat olacaq"Göksungur"lar hazırda Türkiyənin Hərbi-Hava Qüvvələrindəki F-16 və F-4 qırıcılarında olan yeni "Gökdoğan" və "Bozdoğan" raketləri ilə təchiz ediləcək.
"Göksunqur"un əsas özəlliklərindən və üstünlüklərindən biri də onun radarlarda özünü F-16 "Fighting Falcon" qırıcısı kimi göstərib patensial düşməni aldada bilməsidir.
12 km yüksəlikdə uçaraq 750 kq faydalı yük daşıya biləcək "Göksunqur" istənilən hava şəraitində döyüş tapşırıqlarını yerinə yetirə bilir.
"Göksunqur" qırıcı təyyarədən də idarə oluna biləcək və bu minvalla bu PUA-lardan 3-ü səmada "döyüş qanadı" formalaşdıracaq.
Yeni PUA ilk uçuşunu bu ilin ortalarında gerçəkləşdirəcək.
Bizim.Media