Cəlilabadda qardaşı arvadı və onun tanışı olan kişini öldürən Elşən Məmmədova hökm oxunub.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, E.Məmmədov hərbçi olub, N saylı hərbi hissədə pulemyotçu kimi xidmət edib. Buna görə də işə Cəlilabad Hərbi Məhkəməsində baxılıb.
Hökmə əsasən, Elşən Məmmədov 20 il müddətə azadlıqdan məhrum edilib.
Araşdırmalar zamanı məlum olub ki, E.Məmmədov evə gələn zaman həyətdə əvvəlcə qadını saçından tutub, onu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Daha sonra digər şəxsi yumruqlayaraq bıçaqlayaraq öldürüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:50 / 23.02.2023
Qardaşı arvadını öldürən hərbçiyə 20 il həbs VERİLDİ
Hazırda oxunan: Qardaşı arvadını öldürən hərbçiyə 20 il həbs VERİLDİ
Hazırda oxunan: Qardaşı arvadını öldürən hərbçiyə 20 il həbs VERİLDİ
122138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.