Balakəndə ağır QƏZA – Yaralı son anda xilas edildi

Balakəndə ağır QƏZA – Yaralı son anda xilas edildi

Hazırda oxunan: Balakəndə ağır QƏZA – Yaralı son anda xilas edildi

122061

Balakən rayonunun Qullar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, qəzada yük avtomobili ilə minik maşını toqquşub.

Belə ki, rayon sakinləri İsrafil Sayılovun idarə etdiyi “Mercedes” markalı 99 - FM - 546 dövlət nömrə nişanlı minik avtomobili ilə Vahid Məmmədovun idarə etdiyi iritonnajlı 30 - BF - 045 dövlət nömrə nişanlı yük maşını toqquşub.
Qəza zamanı minik avtomobilinin sürücüsü Aydın Sayılov sükan arxasında sıxılmış vəziyyətdə qaldığından hadisə yerinə Fövqaladə Hallar Nazirliyi Zaqatala rayon dövlət yanğından mühafizə hissəsinin xilasediciləri cəlb edilib.

FHN əməkdaşları sürücünü xilas etdikdən sonra təcili tibbi həkim briqadasına təhvil verib.

Qəzada xəsarət alan sürücü daha sonra rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Müalicə və müayinəsi davam etdirilir, həyatı üçün təhlükə yoxdur.

Yol-nəqliyyat hadisəsinin təfərrüatları rayon polis şöbəsində araşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO