Şimal bölgəsinə yenidən qar yağır

Şimal bölgəsinə yenidən qar yağır

Hazırda oxunan: Şimal bölgəsinə yenidən qar yağır

122060

Şimal bölgəsinə bir neçə günlük fasilədən sonra yenidən qar yağır.

Quba regional hidrometerologiya müəssisəsindən Bizim.Media-ya məlumat verilib ki, hazırda Qusar, Quba şəhərlərində və Xınalıq kəndində qar yağır.

Qarın hündürlüyü Quba şəhərində, Qusarın Həzrə kəndində və Qusar şəhərində 2 sm-ə çatır.

Xınalıq kəndinə də qar yağması qeydə alınıb. Təbiət Xınalıq camaatına sürpriz edir. Qış aylarında güclü şaxtadan başqa qar görməyən bu dağ kəndinə hazırda qar yağır.
Şaxtalı havası ilə rekord vuran Qubanın Qrız kəndi də qar üzünə həsrət qalıb, hazırda bu kənddə -7 dərəcə şaxta var.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO