Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasında apardığı yoxlamalar hələlik başa çatmayıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, hazırda Palatanın Naxçıvandakı bir qurumda yoxlamaları davam edir. Yoxlamalar bitəndən sonra onun nəticələri barədə geniş məlumat veriləcək”, - deyə Vüqar Gülməmmədov əlavə edib.
Qeyd edək ki, fevralın 15-dən Hesablama Palatası tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanında maliyyə yoxlaması aparıldığı bildirilmişdi. Hava limanının direktor müavini Rafael İbrahimov açıqlamasında yoxlamaların mart ayının 18-dək davam edəcəyini bildirmişdi.
Bizim.Media