“Çörəyi dizinin üstündə” olan BÜRCLƏR – Kimlər edilən yaxşılıqları asanlıqla unudur?

“Çörəyi dizinin üstündə” olan BÜRCLƏR – Kimlər edilən yaxşılıqları asanlıqla unudur?

Hazırda oxunan: “Çörəyi dizinin üstündə” olan BÜRCLƏR – Kimlər edilən yaxşılıqları asanlıqla unudur?

121964

Əmək itirən, edilən yaxşılıqları unudan şəxslərə el arasında “çörəyi dizinin üstündə olan” insan da deyirlər. Belə şəxslərə sizin onlar üçün etdiklərinizin heç bir önəmi yoxdur. Onlar yalnız öz maraqlarını düşünüb, sizi asanlıqla yarı yolda qoya bilərlər.

Bu özəlliyin insanın hansı bürc altında doğulmağı ilə də bağlılığı var.

Bizim.Media “çörəyi dizinin üstündə” olan bürcləri təqdim edir:

Qoç

Bu bürcün nümayəndələri öndə olmaq hər şeydən vacibdir. Onlar rəqabətdən çəkinmir, rəqiblərinə qalib gəlmək üçün hər yola əl atırlar. Xüsusilə də, rəqabət vəziyyətində qarşısında insanın kim olduğunun qoçlar üçün elə də əhəmiyyəti qalmır. Təbii olaraq, edilən yaxşılıqlar da gözardı edilir və qoç sadəcə hədəfinə fokuslanır. Bu cür durumlarda qoçlar ən yaxın münasibətləri ilə belə arxa plana ata bilərlər.

Şir

Şirlər üçün şəxsi eqoları hər şeydən önəmlidir. Sizin onlar üçün nələrdən imtina etdiyinizin də elə bir əhəmiyyəti yoxdur. Nə edirsiniz edin, əgər şirin eqosu müzakirə mövzusudursa, sizi asanlıqla tapdalayıb keçə bilərlər. Doğrudur, bu bürcün nümayəndələri edilən yaxşılığı unutmurlar, lakin asanlıqla ikinci plana atıb, “çörəyi dizinin üstündə” olan birinə çevrilirlər.

Əqrəb

Əqrəblər də şirlər kimi edilən yaxşılıqları unutmazlar. O vaxta qədər ki, onlarla yaxşı yola gedə biləsiniz. Əgər münasibətlər pozulsa və əqrəblər intiqam almaq istəsələr, o sizə həyatını borclu olsa belə, qisasını alacaq. Daha da konkretləşdirsək, əqrəblər üçün edilən bir yalnış, bütün doğruları silib atmaq üçün yetərli olur. 

Tərəzi

Tərəzilər dəqiq insanlardır. Etdiyiniz yaxşılıqları da, pislikləri də görür və öz ədalət tərəzilərində dəyərləndirirlər. Əqrəblərdən fərqli olaraq, bütün yaxşıları bir pisin ayağına vermirlər. Onlar dəqiq davranırlar. Əgər etdiyiniz yanlış, doğrularınızdan daha böyük olarsa, o zaman doğruların tərəzinin nəzərində bir qiyməti qalmır. Bu səbəbdəndir ki, tərəzilər də bir çoxları tərəfindən əmək itirən kimi qiymətləndirilirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO