Altsheymerin yaddaş problemi xaricində olan erkən əlamətləri

Altsheymerin yaddaş problemi xaricində olan erkən əlamətləri

Hazırda oxunan: Altsheymerin yaddaş problemi xaricində olan erkən əlamətləri

12195

Altseymerlə bağlı diaqnoz orta hesabla 70 yaşların  sonlarında qoyulur, lakin daha erkən yaşlarda da görülə bilər.  

Bəs Altseymerin erkən əlamətlərini necə anlamaq olar? Altsheymerin inkişafı barədə xəbərdar edən qeyri-adi simptomları var ki, bunların hamısı hafizə problem ilə əlaqəli deyil.

Bizim.Media bu xəstəliyin yaddaş  problemi xaricində digər erkən əlamətlərini təqdim edir:

Kiçik oğurluqlar 

Mütəxəssislər insanlar yaşlandıqca hər hansı bir davranış dəyişikliyinin həyəcan verici olduğunu bildirirlər. Qanunsuz şeylərə yönəlmək və xüsusən də kiçik oğurluqlar etmək 45-65 yaş arası yetkin insanlarda görülən başqa beyin xəstəliyi olan Frontotemporal Demansın əlamətidir. Bu xəstəlik insaların qərar vermə bacarığına təsir edir və onlar yaxşını pisdən ayıra bilmirlər.

Tez-tez yıxılmaq 

Mütəxəssislər 125 nəfər arasında araşdırma aparıb. Araşdırma zamanı  səkkiz ay ərzində onların nə qədər yıxldıqları izlənilib. Tədqiqatçılar ən çox yıxılanların Altsheymer xəstəliyinin erkən başlaması arasında bir əlaqə olduğunu bildiriblər.

Siz və ya yaxınlarınız tez-tez yıxılırsa, həkiminizi xəbərdar etmək faydalı ola bilər.

Yeməkdə dəyişiklik 

Altsheymer başlamazdan əvvəl xəstələr gündə yaşıdlarından 500 kalori çox yeməyə meylli olurlar, amma yenə də kilo almırlar. Mütəxəssislər, dəyişikliyin metabolik olduğunu təxmin edirlər.

Bəzi insanların Altsheymer diaqnozu qoyulmadan əvvəl cansız əşyalar yediyi bilinir, lakin tədqiqatçılar bunun səbəbini bilmirlər.  Altheymer beyinin yaddaş hissəsinə təsir etdiyi üçün  beyin aclıq siqnalları alır  ancaq onlara necə reaksiya göstərəcəyini ayırd edə bilmir. Bəzi xəstələrin kağız və ya digər əşyalar yediyi bildirilir.

Depressiya 

Bir insan  50 yaşına kimi heç vaxt  depressiyadan əziyyət çəkməyib , amma  50 yaşından sonar depressiya əlamətləri hiss edirsə  bu Altsheymerin erkən əlaməti ola bilər.

Əşyaların funksiyasını unutmaq

Açarlarınızı hara qoyduğunuzu xatırlamaya bilərsiniz, bu problem deyil. Amma açarın nə işə yaradığını unudursunuzsa bu Altsheymer əlaməti ola bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO