Bakıya sulu qar yağacaq - PROQNOZ

Bakıya sulu qar yağacaq - PROQNOZ

Hazırda oxunan: Bakıya sulu qar yağacaq - PROQNOZ

121896

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, günün ikinci yarısından başlayaraq havanın arabir yağıntılı olacağı, gecəyə doğru isə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var.

Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. 

Havanın temperaturu gecə 3-5° isti, günün birinci yarısında 8°-dək isti, axşama doğru 0-3° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. 

Azərbaycanın rayonlarında havanın gecə və səhər əsasən şimal və qərb rayonlarında, axşama doğru isə əksər rayonlarda arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-3° şaxta olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO