Şəmkirdə maşını narkotik təsiri altında sürən sürücülər SAXLANILDI - FOTO

Şəmkirdə maşını narkotik təsiri altında sürən sürücülər SAXLANILDI - FOTO

Hazırda oxunan: Şəmkirdə maşını narkotik təsiri altında sürən sürücülər SAXLANILDI - FOTO

121867

Şəmkirdə narkotik vasitənin təsiri altında avtomobil idarəedən şəxslər saxlanılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şəmkir Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən monitorinqlər zamanı yol hərəkəti qaydalarını pozan bir neçə sürücü saxlanılaraq barələrində qanuna müvafiq tədbir görülüb. 

Qayda pozanlar arasında 4 nəfər sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, Etibar Cəfərov, Ruslan Muradov, Aqşin Əsgərzadə və Valeh Aslanovun narkotik vasitədən istifadə etdikləri məlum olub. 
Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E. Cəfərov 5 sutka müddətində inzibati qaydada həbs, R. Muradov 8 ay müddətinə sürüclük hüququndan məhrum, A. Əsgərzadə və V. Alsanov müxtəlif məbləğlərdə cərimə edilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO