Şimal-Qərb bölgəsində kəskin hava şəraiti problemlər YARATDI

Şimal-Qərb bölgəsində kəskin hava şəraiti problemlər YARATDI

Hazırda oxunan: Şimal-Qərb bölgəsində kəskin hava şəraiti problemlər YARATDI

121846

Ötən gündən başlayaraq Şimal-Qərb bölgəsində küləkli hava şəraiti davam edir. 

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, bölgə rayonlarında havanın temperaturu normal olsa da artıq ikinci gündür ki, fasilələrlə külək əsir.  Bu isə əsasən elektrik enerjisinin verilməsində problemlər yardır. 

“Azərişıq” səhmdar cəmiyyətinin regional idarəsindən Bizim.Media-ya bildirilib ki, küləkli hava şəraiti ilə əlaqədar bəzi dağlıq yaşayış məntəqələrində xətlərdə yüklənmələr ya da xətlərdə qırılmalar baş verib. 

Digər tərəfdən baş verə biləcək qəza və faciələrin qarşısını almaq məqsədi ilə enerjinin verilməsində fasilələr əmələ gəlir. 

Artıq səhər saatlarından əksər rayon elektrik şəbəkələrinin əməkdşları gücləndirilmiş şəraitdə işləyir, xətlərin bərpası davam edir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO