“Bakubus” avtobusunun öldürdüyü şəxsin adı AÇIQLANDI

“Bakubus” avtobusunun öldürdüyü şəxsin adı AÇIQLANDI

Hazırda oxunan: “Bakubus” avtobusunun öldürdüyü şəxsin adı AÇIQLANDI

121842

Dünən Səbail rayonu ərazisində marşrut avtobusunun vurub öldürdüyü şəxsin kimliyi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, saat 05:45 radələrində Salyan şossesi 15-in qarşısında A.Ayvazovun idarə etdiyi "BakuBus" MMC-yə məxsus 99 JK 440 nömrə nişanlı avtobusla vurub öldürdüyü şəxsin Sumqayıt şəhər sakini, 1955-ci il təvəllüdlü Qayıbov Qüdrət İdris oğlu olması məlum olub.

Aparılmış ilkin araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib. Sürücünün sərxoş olmadığı və sürücülük vəsiqəsinin olması müəyyən edilib.

Faktla bağlı Səbail RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO