Rusiya MN: Laçın dəhlizində minalardan təmizlənmə işləri aparılır

Rusiya MN: Laçın dəhlizində minalardan təmizlənmə işləri aparılır

Hazırda oxunan: Rusiya MN: Laçın dəhlizində minalardan təmizlənmə işləri aparılır

121797
Laçın dəhlizində ərazinin minalardan və digər sursatlardan tam təmizlənməsi işləri aparılır.

Sfera.az xəbər verir ki, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu gün Xankəndi-Gorus yolunun 1 km-lik hissəsi yoxlanılıb və minalardan təmizlənib: "Bundan başqa 27 ədəd sıradan çıxmış və zədələnmiş texnika həmin yolun gediş-gəliş hissəsindən və yol kənarından təmizlənib”.

Rusiya MN-in nümayəndəsi Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmaya uyğun olaraq bu gün də həlak olanların cəsədlərinin mübadiləsinin davam etdirildiyini qeyd edib: "Bu proses Rusiya Federasiyası sülhməramlı qüvvələri və Beynəlxalq Qızıl Xaç Komitəsinin koordinasiyası ilə həyata keçirilir”.
(apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO