Sülhməramlıların iki avtomobili aksiya ərazisindən sərbəst keçdi

Sülhməramlıların iki avtomobili aksiya ərazisindən sərbəst keçdi

Hazırda oxunan: Sülhməramlıların iki avtomobili aksiya ərazisindən sərbəst keçdi

121784

Rusiya sülhməramlılarına məxsus iki avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib. 

Bizim.Media xəbər verir ki, Xankəndidən gələn iki yük avtomobili Laçına gedib. 

Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 72-ci günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir.

Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır. 
Qeyd edək ki, bu gün hazırkı vaxtadək aksiya ərazisindən keçən avtomobillərin sayı 71-ə atıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO