Zaqatalada məktəbə yeni direktor təyinatı ETİRAZLARA SƏBƏB OLDU – Nazirlik işə qarışdı - FOTO

Zaqatalada məktəbə yeni direktor təyinatı ETİRAZLARA SƏBƏB OLDU – Nazirlik işə qarışdı - FOTO

Hazırda oxunan: Zaqatalada məktəbə yeni direktor təyinatı ETİRAZLARA SƏBƏB OLDU – Nazirlik işə qarışdı - FOTO

121773

Artıq ikinci gündür ki, Zaqatala şəhər 3 nömrəli məktəbin müəllimləri yeni təyin edilən direktora etiraz olaraq aksiya keçirir.  

Ötən gün Şəki-Zaqatala regional təhsil idarəsi məktəb kollektivi ilə müzakirələrdən bir nəticə əldə edə bilmədiyindən bu səhər Elm və Təhsil nazirinin göstərişi ilə məktəbə bir qrup nümayəndə ezam olunub.  

Bizim.Media-nın yerli bürosu olaraq məsələnin gedişatını öyrənmək üçün təhsil ocağına yollandıq. Bizi Elm və Təhsil nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov qarşıladı.  
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalada müəllimlərin yeni direktordan narazılığının səbəbi BƏLLİ OLDU – DETALLAR/FOTO


O bildirdi ki, səhər saatlarından məktəb kolektivi ilə görüş keçirib və dərslərin davam etməsi birmənalı olaraq razılaşdırılıb. 

Foyedə xeyli müəllimin toplaşmasının səbəbini soruşduqda, 38 ildir bu təhsil ocağında dərs deyən İradə İbrahimova suallarımızı cavablandırır:

“İndiyə kimi bu məktəbdə heç vaxt belə insident olmayıb. Əfsuslar olsun ki, yeni direktor Mehnurə xanımın təyinatından sonra bu duruma düşmüşük. Biz də buna etiraz olaraq aksiya keçiririk. Amma dərslərimiz əvvəlki qaydada keçirilir, müəllimlərimiz iş yerindədir. Kimin dərsi varsa audiyoriyaya gedir, şagirdlərin davamiyyəti yerindədir. Sadəcə dərsi saatı olmayan müəllimlər olaraq burada etirazımızı bildiririk”. 

Məktəbin 10S sinfinin sinif rəhbəri Nuranə Ömərova deyir ki, hər sinif rəhbərinin “whatsapp” qrupu var və bütün müəllimlər axşamdan şagirdlərə yazaraq dərs davamiyyətinə ciddi riayət etməsini elan ediblər. 

Əhliyyət müəllimlə bir neçə dərs otağına baş çəkib şagirdlərin yerində olduğunu, dərsin davam etdiyini müşahidə etdik. Nazirliyin nümayəndəsi diqqətimizə çatdırdı ki, müəllimlər də səhər saatlarından etibarən iş başındadırlar: 

”Məktəbdə yeni direktorun təyinatı ilə bağlı müəyyən narazılıqlar yaranmışdı.  Mən səhərdən bu məktəbdəyəm. Dərslər normal qaydada tədris olunur, Bunu siz özünüz də gördünüz, Müəyyən, xırda nüanslar var və  bunların da aradan qaldırılması istiqamətində söhbətlərimizi aparırıq. Ümid edirəm ki, bu məktəbdə heç bir problem yaşanmayacaq , hər şey öz qaydasında gedəcək”. 

Nazirliyin nümayəndəsi bildirdi ki, məktəb kollektivi fərdi qaydada dinlənilir, məsələnin kökü araşdırılır.  

Əhliyyət Adıgözəlov yaxın vaxtlarda məsələnin həllini tapacağını və bu barədə mətbuata ətraflı məlumat veriləcəyini qeyd etdi. 










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO