Samux sakininin yumruqla öldürülməsi barədə cinayət işi AÇILDI

Samux sakininin yumruqla öldürülməsi barədə cinayət işi AÇILDI

Hazırda oxunan: Samux sakininin yumruqla öldürülməsi barədə cinayət işi AÇILDI

121676

Samuxda həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs tutulub.

Samux rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, fevralın 20-si saat 18 radələrində Samux rayonunun Çobanabdallı kəndi ərazisində 1989-cu il təvəllüdlü Oqtay Əliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı zərərçəkmişin üz nahiyəsinə 1993-cü il təvəllüdlü Ramil Bəşirovun yumruqla vurması nəticəsində yıxılması və hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ramil Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO