İtin güllələnməsinə etiraz etdi - Silahla HƏDƏLƏNDİ

İtin güllələnməsinə etiraz etdi - Silahla HƏDƏLƏNDİ

Hazırda oxunan: İtin güllələnməsinə etiraz etdi - Silahla HƏDƏLƏNDİ

121674

Sabirabad rayonu ərazisində bir nəfərin ov tüfəngi ilə küçə itini öldürməsinə etiraz edən qadını əlindəki silahla hədələməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Şahin Qəhrəmanov müəyyən olunub.

Onun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Hazırda Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO