Ermənilər Füzulidə kütləvi məzarlıqların ətrafını MİNALAYIB - FOTO/VİDEO

Ermənilər Füzulidə kütləvi məzarlıqların ətrafını MİNALAYIB - FOTO/VİDEO

Hazırda oxunan: Ermənilər Füzulidə kütləvi məzarlıqların ətrafını MİNALAYIB - FOTO/VİDEO

121644

ANAMA əməkdaşları işğaldan azad olunan Füzuli rayonu Aşağı Seyidəhmədli kəndində birinci Qarabağ müharibəsi zamanı erməni quldurlarının azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdığı ərazilərdə minatəmizləmə prosesinə başlayıb.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu barədə ANAMA əməkdaşı Habil Babayev açıqlamasında bildirib.

Onun sözlərinə görə, düşmən bu əraziləri bilərəkdən kütləvi minalayıb.

“Erməni quldurları bilib ki, insanlar öz yaxınlarının məzarlıqlarını axtaracaqlar. Kütləvi şəkildə ərazini minalayıblar. İndiyə kimi 4 hektar əraziinin 15 faizi təmizlənib. Ərazi hədindən artıq minalıdır. Çoxlu sayda minalar gözlə görünməkdədir.

Bu da ona dəlalət edir ki, gələcəkdə bu ərazidə hələ çoxlu sayda minaların çıxması ehtimalı yüksəkdir. ANAMA təmizləmə qrupları 44 günlük Vətən Müharibəsindən sonra ərazidən 81 min ədəd partlamamış hərbi sursatlar və minalar aşkar edib. Bunlardan 14 mini tank əleyhinə minalar təşkil edir", - deyə o, əlavə edib.

Uzun illərdir yaxınlarının taleyindən xəbərsiz qalanlardan biri də ANAMA-nın əməkdaşı Füzuli rayon Qazaxlar kənd sakini Bəhruz Mahmudovdur.

Bəhruzun atası Behbud Mahbmudov da Birinci Qarabağ müharibəsi zamanı itkin düşüb və bu günədək ondan bir xəbər yoxdur. Bəhruz Mahmudov Trend-ə bildirib ki, hər minalı əraziyə daxil olanda atasından bir nişanə tampaq ümidi ilə mina axtarışına başlayır.
Qeyd edək ki, Azərbaycanda Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin ümumi sayı – 3890 nəfərdir ki, bunlardan 3171 nəfəri hərbçilər, 719 nəfər isə mülkü şəxslərdir. İtkin düşənlər arasında 71- i uşaq, 267-i qadın, 326 nəfəri isə qocalar olub.

Videoreportajı təqdim edirik.
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO