AZAL-dan müraciət - Bakı-Moskva reysinə bu şəxslər buraxılacaq

AZAL-dan müraciət - Bakı-Moskva reysinə bu şəxslər buraxılacaq

Hazırda oxunan: AZAL-dan müraciət - Bakı-Moskva reysinə bu şəxslər buraxılacaq

12153

“Azərbaycan Hava Yolları” QSC Bakı-Moskva reyslərinin sərnişinlərinə müraciət edib.

QSC-dən Bizim.Media-ya verilən məlumata görə, hava gəmisinə yalnız reysin uçuşundan 48 saat əvvəl alınmış koronavirus (COVID-19) testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılır. Arayış rus və ya ingilis dillərində təqdim edilməlidir.

Həmçinin notarial qaydada təsdiq edilmiş rus dilinə tərcüməsi ilə Azərbaycan dilində arayışın təqdim olunmasına icazə verilir.

 

MÖVZU İLƏ BAĞLI:

Moskva-Bakı marşrutu üzrə aviareyslərə başlanılır


Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.

Xatırladaq ki, AZAL bu gündən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayıb.

Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək.

Fevralın 18-dən isə “Aeroflot” aviaşirkəti Moskva-Bakı-Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır (“Şeremetyevo” hava limanı). Uçuşlar həftədə iki dəfə - birinci və dördüncü günlər həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO