Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanuna əsasən, Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq əhalinin və hər bir vətəndaşın ərzaq təhlükəsizliyini təmin edir.
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
Qanuna əsasən əsasən, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
- qida məhsullarının istehsalının artırılması və ərzaq bazarının tənzimlənməsi sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;
- əhalinin ərzaq təhlükəsizliyinə dair məqsədli dövlət proqramları hazırlamaq və icrasını təmin etmək;
- qida məhsulları üzrə dövlət ehtiyatları yaratmaq, onların formalaşdırılmasını, saxlanılmasını, istifadəsini və tənzimlənməsini təşkil etmək;
- qida məhsullarının istehsalını, istehlakını və dövriyyəsini özündə əks etdirən ərzaq balansı hazırlamaq və əhalinin qida məhsulları ilə təminatını proqnozlaşdırmaq;
- ərzaq böhranı və fövqəladə hadisələr zamanı əhalinin qida məhsulları ilə təchizatını tənzimləmək, o cümlədən normativ ərzaq bölgüsünü və digər xüsusi təminat rejimlərini müəyyən etmək;
- ərzaq bazarının tənzimlənməsi və qida məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normativ hüquqi aktlar qəbul etmək;
- əhalinin qida məhsulları ilə təmin edilməsində dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətini əlaqələndirmək;
- əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində digər vəzifələri həyata keçirmək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:13 / 20.02.2023
Ərzaq təhlükəsizliyi sahəsində dövlətin vəzifələri MÜƏYYƏNLƏŞDİ
Hazırda oxunan: Ərzaq təhlükəsizliyi sahəsində dövlətin vəzifələri MÜƏYYƏNLƏŞDİ
Hazırda oxunan: Ərzaq təhlükəsizliyi sahəsində dövlətin vəzifələri MÜƏYYƏNLƏŞDİ
121497
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.