Pandemiyaya əlvida! - Auditorlar palatası nərd sezonunu açıq elan etdi

Pandemiyaya əlvida! - Auditorlar palatası nərd sezonunu açıq elan etdi

Hazırda oxunan: Pandemiyaya əlvida! - Auditorlar palatası nərd sezonunu açıq elan etdi

12147

Azərbaycan Respublikası Auditorlar Palatası maraqlı, bir o qədər məzəli müsabiqə elan edib.

Bizim.Media xəbər verir ki, qurum fəaliyyətə başlamasının 25 illiyi münasibətilə 22-24 fevral tarixlərində saat 11:00-da Auditorlar Palatasında nərd yarışması keçirəcək.

 

MÖVZU İLƏ BAĞLI:

Bu müsabiqə sizə Qarabağa səyahət etmək şansı qazandıracaq


Bu yarışmada iştirak etmək istəyənlər fevralın 20 - nə qədər Auditorlar Palatasından qeydiyyatdan keçməlidirlər.

İşin ən maraqlı tərəfi qalib gələn iştirakçıların sonda hətta mükafatlandırılmağıdır.

İndi gələk, işin əsas hissəsinə.

Məlumatı olmayanlar üçün qeyd edim ki, Azərbaycan Respublikası Auditorlar Palatası iqtisadiyyatın və regionların inkişafı sahəsində geniş miqyaslı proqramların həyata keçirilməsi, ölkənin qeyri-neft sektoruna investisiya axının gücləndirilməsi, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun yüksəldilməsi, yoxsulluğun azaldılması və xalqın rifah halının yaxşılaşdırılması ilə bağlı iqtisadi siyasətin aparılması məsələlərini icra edir. 

 

İndiki mərhələdə maliyyə intizamına ciddi əməl olunması, pul vəsaitlərindən səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan da audit həmin vəzifələrin uğurla yerinə yetirilməsində ön sıralarda olmalıdır.


Bəs, hazırda bu palata nə ilə məşğuldur? Qurum öz ciddi  işlərini bir kənara buraxıb, nərd oyunu ilə müsabiqə elan edib. Bir azdan domino üzrə də dünya çempionatına ev sahibliyi etmək üçün təklif paketi hazırlayar.

Dünyanın pandemiya ilə əlbəyaxa olduğu bir zamanda, ölkədə bəzi sektorlarının işləmədiyi, məktəblərin “yarımçıq” fəaliyyət göstərdiyi bir zamanda qurum insanları bir yerə toplayıb nərd festivalı keçirir.  

 

Ölkədə bu gün post müharibə dövründə bir çox səlahiyyətli şəxslər iqtisadiyyatın inkişafı üçün müəyyən strateji layihə paketləri təqdim etdiyi zaman, aparıcı qurumlarından biri Auditorlar Palatası nərd paketi ilə özünü gündəmə gətirir. 


Təsəvvür edin, Palata hansısa şirkətin hesab-kitab işlərində yoxlama aparıb, müəyyən pozuntular üzə çıxarır, elə biləcəklər zarafat edir. Deyəcəklər, “ala, sən get nərdüvü oyna”.

Necə deyərlər, “şeş qoşa, çıxmaz boşa”, vur getsin.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO