Tanışını tüfənglə öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Tanışını tüfənglə öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Tanışını tüfənglə öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

121436

Xəbər verildiyi kimi, Şəmkir rayon sakini 1979-cu il təvəllüdlü Ruslan Bayramovun ötən il oktyabrın 19-da öldürülməsi barədə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Bizim.Media xəbər verir ki, ibtidai istintaqla 1990-cı il təvəllüdlü Mustafa Eyubovun aralarında yaranmış mübahisə zamanı Ruslan Bayramovun baş nahiyəsinə tüfəngdən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Mustafa Eyubova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan edilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO