Zəlzələdən sonra Azərbaycana nə qədər Türkiyə vətəndaşı gəlib?

Zəlzələdən sonra Azərbaycana nə qədər Türkiyə vətəndaşı gəlib?

Hazırda oxunan: Zəlzələdən sonra Azərbaycana nə qədər Türkiyə vətəndaşı gəlib?

121431

Türkiyədə zəlzələ baş verən vaxtdan 10 gün ərzində bu ölkədən Azərbaycana 8897 nəfər gəlib. 

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Türkiyə Respublikasında zəlzələ baş verdiyi 6 fevral 2023-cü il tarixindən 16 fevral 2023-cü il tarixinədək Azərbaycan Respublikası ərazisinə 8897 nəfər Türkiyə vətəndaşı daxil olub. 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.
Son məlumatlara görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində 41 min 20 vətəndaş həyatını itirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO