Gəncədə evdən iki nəfərin meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1989-cu il təvəllüldü Turxan Əliyev Tofiq oğlu və 2000-ci il təvəllüdlü Aytən Abdullayeva Elsəvər qızının yaşadıqları evdən meytləri aşkarlanıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ölümün başvermə səbəbləri araşdırılır.
Məlumata görə, hər iki şəxsin yaxınları polisə itkin düşmələri barədə məlumat veribmiş. Hadisə Gəncənin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində qeydə alınıb. Onların dəm qazından zəhərlənərək dünyasını dəyişdiyi ehtimal olunur.
A. Abdullayeva rəqqasə, T.Əliyev isə müğənni olub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu