Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5 000 manat pul və qızıl zinət əşyaları talanıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən kənd sakini 1966-cı il təvəllüdlü Əminağa Quliyev tutularaq istintaqa təhvil verilib.
Bizim.Media
![Lənkəranda qadını öldürən şəxs TUTULDU Lənkəranda qadını öldürən şəxs TUTULDU](https://bizim.media/file/articles/2023/02/19/1676788142_2.jpg)
- A-
- A
- A+
Cəmiyyət
10:56 / 19.02.2023
Lənkəranda qadını öldürən şəxs TUTULDU
Hazırda oxunan: Lənkəranda qadını öldürən şəxs TUTULDU
Hazırda oxunan: Lənkəranda qadını öldürən şəxs TUTULDU
121319
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.