Qəbələdə dəm qazından ZƏHƏRLƏNMƏ - Ölən var 

Qəbələdə dəm qazından ZƏHƏRLƏNMƏ - Ölən var 

Hazırda oxunan: Qəbələdə dəm qazından ZƏHƏRLƏNMƏ - Ölən var 

121208

Qəbələdə dəm qazından zəhərlənən bir nəfər ölüb, digəri xəstəxanada ağır vəziyyətdədir. 

Ötən axşam Qəbələnin Vəndam qəsəbəsində mənzillərdən birində dəm qazından zəhərlənmə hadisəsi baş verib. Bir nəfər hamam otağında keçinib, digəri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.  

Faktı Bizim.Media-nın yerli bürosuna DİN-in Şəki regional qrupundan təsdiqləyiblər.  

Aparılan ilkin araşdırmalarla məlum olub ki, Sumqayıt şəhər sakini, 39 yaşlı  Ziya İbrahimov və Şamaxı şəhər sakini, 31 yaşlı Türanə Abdullayeva Vəndam qəsəbəsində mənzil kirayələyiblər.

Bu gün səhər saatlarında hər iki şəxs mənzilin hamam otağında aşkar edilib. Hadisə yerinə həkim briqaası çağrılıb və məlum olub ki, Ziya İbrahimov dəm qazından zəhərlənərək ölüb.

Türanə Abdullayeva isə ağır vəziyyətdə Qəbələ Diaqnostika mərkəzinə yerləşdirilib. 

Faktla bağlı rayon hüquq-mühafiz orqanları tərəfindən araşdırma aparılır. Təhqiqat başa çatandan sonra hadisənin necə baş verdiyi bəlli olacaq.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO