"Zəngilan rayonunun Ağalı kəndinə ailələrin köçürülməsi prosesi davam edir".
Bizim.Media xəbər verir ki, bunu bu gün Zəngilan rayonuna mediatur zamanı Prezidentin Cəbrayıl, Zəngilan və Qubadlı Rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
O bildirib ki, növbəti köçlə bağlı hazırlıq işləri görülür:
"Ötən il Ağalı kəndinə 326 nəfərdən ibarət 66 ailə köçürülüb. Həmin ailələr artıq Ağalı kəndində yaşayır, işləyir. Hazırda bu proses davam edir. Bu ayın sonuna iki mərhələdən ibarət köç nəzərdə tutulur. Fevralın sonu, martın əvvəlində 20 ailənin Ağalı kəndinə köçürülməsi planlaşdırılır. Artıq evlər hazırdır, öz sakinlərini gözləyir".
Bizim.Media