Azərbaycanda bir gündə 22 kiloqrama yaxın narkotik müsadirə olunub

Azərbaycanda bir gündə 22 kiloqrama yaxın narkotik müsadirə olunub

Hazırda oxunan: Azərbaycanda bir gündə 22 kiloqrama yaxın narkotik müsadirə olunub

121170

Polis əməkdaşlarının fevralın 17-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.  

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,7 kiloqrama yaxın heroin, 13,5 kiloqramdan artıq marixuana, 3,1 kiloqrama yaxın tiryək, həmçinin 1 kiloqram 42 qramdan çox metamfetamin və 100 ədəd metadon həbləri olub.  

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO