Demoqrafik TƏHLÜKƏ - Son 6 ayda TOYLAR niyə azalıb?

Demoqrafik TƏHLÜKƏ - Son 6 ayda TOYLAR niyə azalıb?

Hazırda oxunan: Demoqrafik TƏHLÜKƏ - Son 6 ayda TOYLAR niyə azalıb?

121034

Son zamanlar Azərbaycanda toy şənliklərinin sayında azalma müşahidə edilir. Bəzi məlumatlara görə, toyların sayı ötən illərlə müqayisədə yarıya qədər azalıb. Pandemiyanın bitməsilə toyların keçirilməsinə izacə verilsə də el şənliklərinin sayı pandemiyadan öncəki dövrdən çox aşağıdır.

Səbəbi hamı üçün maraqlıdır, araşdıraq görək nə baş verir?

Bizim.Media-ya açıqlamasında süfrə mədəniyyəti üzrə ekspert Mahir Əhmədzadə bildirir ki, bu azalmaya səbəb insanların yanvar-fevral aylarında toy şənlikləri keçirməkdə o qədər də maraqlı olmamalarıdır: 

“Konkret səbəb kimi dəqiq fikir bildirmək çətindir. Amma son dövrlər baş verən hadisələr fonunda insanların əhval-ruhiyyəsi də əvvəlki tək deyil. Lakin məsələ ondadır ki, hər ilin yanvar və fevral ayları Azərbaycanda toy sezonu hesab edilmir. İlin ilk aylarında insanlar toy etməyə o qədər də maraq göstərmirlər. Bu da ola bilsin həmin dövrdə havaların digər aylarla müqayisədə daha soyuq keçməsilə bağlıdır. Anoloji vəziyyət özünü adətən boş ay kimi xarakterizə edilən may ayında da göstərir. Ölkəmizdə sentyabr-oktyabr və mart-aprel ayları toyların daha çox keçirildiyi aylar hesab olunur”.  

Ekspert qeyd edir ki, bəzilərinin iddia etdiyi kimi pandemiyadan sonra toya çağırılanların sayının 400-500-dən azalaraq, 150-200 enməsi məsələsinin toyların sayının azalmasına heç bir aydiyyatı yoxdur: 

“Pandemiyadan əvvəl 400-500 nəfərin iştirakı ilə də toylar olurdu. Pandemiya dönəmindən sonra toy keçirmək üçün 250 nəfərlik say məhdudiyyəti qoyuldu. Pandemiyaya qədər insanlar arasındakı münasibətlər sıx idi. Pandemiyadan sonra isə münasibətlərdə bir qədər soyuqluq yarandı. O üzdən də insanlar toya ancaq əsasən qohum-əqrəbanı çağırmaqla kifayətlənirlər”. 

M. Əhmədzadənin fikrincə, Azərbaycanın Avropaya inteqrasiyası da prosesdə öz sözünü deyir:

“Başqa bir tərəfdən, ölkəmizin Qərbə inteqrasiyası fonunda da zaman-zaman toyların sayı və çağırılan qonaqların sayı azalacaq. Çünki müasir uşaqlar anlayır ki, xoşbəxtlik nə qonağın sayı, nə də yığılan pulda deyil”. 

Amma sadalanan fikirlər məsələnin bir tərəfidir. Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə isə burada başqa alt səbəblər də mövcuddur:

“Son dövürlər gənclər arasında trend olan gec evlilik indi toyların azalmasına səbəb olub. Onun üstünə indi evlilik yaşına çatmış uşaqların 90-cı illərin sonları doğulanlar olduğunu nəzərə alsaq, burada demoqrafik tərədüd də rol oynayır. Çünki həmin illər ölkənin evlilik yaşına çatan gənclərinin əksəriyyəti müharibədə həlak olmuşdu. Həm də maddi sıxıntılar ucbatından həmin illər evlilik faizi də aşağı düşmüşdü. Biz bu problemi bir də 20 il sonra hiss edəcəyik. 44 günlük müharibənin təsiri 20 il sonralarda evlilik məslələrinə öz təsirini göstərəcək. Üstəgəl indiki evlilik faizinin aşağı düşməsi də 20-25 il sonranın probleminə çevriləcək”.
Sosioloqun fikrincə demoqrafik tərəddüdlərin olmaması ilə bağlı dövlət müvəqqəti xarakter daşıyan layihələr işləyib hazırlamalıdır.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO