Lənkəranda dəhşətli HADİSƏ: 71 yaşlı qadın ÖLDÜRÜLDÜ

Lənkəranda dəhşətli HADİSƏ: 71 yaşlı qadın ÖLDÜRÜLDÜ

Hazırda oxunan: Lənkəranda dəhşətli HADİSƏ: 71 yaşlı qadın ÖLDÜRÜLDÜ

121003

Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib.

Evdən 5000 manat pul və qızıl zinət əşyaları talanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO