Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Murovdağ adlanan qəsəbəsində hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində qəza olub.
Hadisə zamanı 2 nəfər - 1989-cu il təvəllüdlü Nicat Həsənov və 1992-ci il təvəllüdlü İlknurə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:10 / 17.02.2023
Göygöldə qəzada iki nəfər xəstəxanalıq oldu
Hazırda oxunan: Göygöldə qəzada iki nəfər xəstəxanalıq oldu
Hazırda oxunan: Göygöldə qəzada iki nəfər xəstəxanalıq oldu
120938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.