Zəlzələdə həlak olan Hümam İsmayıllı ilə vida mərasimi KEÇİRİLİR - VİDEO 

Zəlzələdə həlak olan Hümam İsmayıllı ilə vida mərasimi KEÇİRİLİR - VİDEO 

Hazırda oxunan: Zəlzələdə həlak olan Hümam İsmayıllı ilə vida mərasimi KEÇİRİLİR - VİDEO 

120773

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllı ilə Sumqayıt şəhərində vida mərasimi keçirilir.

Bizim.Media "oxu.az"a istinadən xəbər verir ki, mərasimdə mərhumun yaxınları və rəsmilər iştirak edirlər. 

Vida mərasimindən sonra H.İsmayıllı Sumqayıt şəhərinin Corat qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbənin meyiti uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirilir.

Baku TV-nin vida mərasimindən canlı yayımını təqdim edirik:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO