Komando şərti düşmənin diversiya qrupunu zərərsizləşdirdi - VİDEO

Komando şərti düşmənin diversiya qrupunu zərərsizləşdirdi - VİDEO

Hazırda oxunan: Komando şərti düşmənin diversiya qrupunu zərərsizləşdirdi - VİDEO

120750

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi təlim keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Müdafiə nazirliyinin mətbuat xidməti yayıb.

Ssenariyə uyğun olaraq təyin olunmuş marşrut üzrə hərəkət edən komandolar təxribat törətməyə cəhd edən şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
Komandolar əməliyyat rayonunun dərinliyinə sızmaqla düşmənin müvəqqəti sığınacaqlarını müəyyən ediblər.

Mühasirəyə alınan şərti düşmənin təxribatının qarşısının alınması üzrə fəaliyyətlər uğurla icra edilib.

Keçirilən təlimdə əsas məqsəd şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi, atıcı silahlardan istifadə bacarıqlarının artırılması, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO