Murov aşırımında yük maşını AŞDI – Xəsarət alan var 

Murov aşırımında yük maşını AŞDI – Xəsarət alan var 

Hazırda oxunan: Murov aşırımında yük maşını AŞDI – Xəsarət alan var 

120703

Murov aşırımında yük avtomobili aşıb, xəsarət alan var. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. 

Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinə Murov aşırımında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. 

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki, yük maşını aşıb, nəticədə sürücü yüngül bədən xəsarətləri alıb. Sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb, avtomobil yolun hərəkət hissəsindən çıxarılaraq nəqliyyatın hərəkəti bərpa olunub. 
Faktla bağlı araşdırmalar davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO