Yol polisi İsmayıllıda bu sürücülərlə bağlı profilaktik tədbirlər keçirdi

Yol polisi İsmayıllıda bu sürücülərlə bağlı profilaktik tədbirlər keçirdi

Hazırda oxunan: Yol polisi İsmayıllıda bu sürücülərlə bağlı profilaktik tədbirlər keçirdi

120678

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, yol-hərəkəti qaydalarını pozan sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən edilib.

Həmin sürücülərə özlərinin və digərlərinin sağlamlığına laqeyd yanaşmamaları tövsiyə olunub. 

Sadalanan qayda pozuntularına yol verən şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO