Bakıda siyahıya alınan 31 TARİXİ BİNA – Onların vəziyyəti necədir?

Bakıda siyahıya alınan 31 TARİXİ BİNA – Onların vəziyyəti necədir?

Hazırda oxunan: Bakıda siyahıya alınan 31 TARİXİ BİNA – Onların vəziyyəti necədir?

120645

Bakı şəhərində 31 bina tarixi memarlıq abidəsi kimi qeydə alınıb. Bu binaların ən azı 120 yaşı var. Bu binalar təkcə yaşına görə deyil həm də nadir memarlıq nümunələridir. Qanunla bu binalarda hər hansı rekanstruksiya aparmaq, görkəmini dəyişdirmək və hətta hansısa reklam lövhəsi ilə onun qarşısını kəsmək qəti qadağandır. 

Amma təkcə Azərbaycan xalqının deyil, həm də sivilizasiyanın nailiyyəti sayılan bu binalara lazımı diqqət yetirilmir. Məsələn, 2000-ci ilin noyabrında Bakıda baş verən zəlzələdə bir sıra tarixi binalar ciddi zədə aldı. O zaman bəzi təmir-bərpa işləri aparılsa da bu iş sona qədər və yüksək keyfiyyətlə aparılmadı.
Məsələn, Neftçilər prospekti 103 ünvanda yerləşən İsa bəy Hacınskinin məşhur evi, Tarix muzeyi və digər binalar həmin zəlzələdə ciddi zədə aldı. Lakin, zəlzələnin ilkin zərəri aradan qaldırıldı. Amma son 23 ildə bu və digər tarixi binaların ekspertizası aparılmayıb. Əvəzində tarixi binalar bu və digər şəkildə yüklənib. Bu azmış ki, bəzi tarixi abidələrin qarşısı reklam lövhələri ilə kəsilib.

Məsələ ilə bağlı memar Cahid Həsənovun fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, tarixi binaların qorunub saxlanması üçün sərt qaydalar var:

“Qanun tarixi binaların xaricə görünüşü ilə yanaşı içərisində də rekanstruksiya işləri aparmaq qadağandır. Bundan əlavə tarixi binaların fasadında reklam lövhəsi yerləşdirmək olmaz. Çünki, reklam lövhələri təkcə binanı zədələmir, həm də binanın ümumi görünüşünü örtür. Çox təəssüf ki, bu gün qaydalar gözlənilmir. Tarixi binalara müdaxilə edilir. Binalara çoxlu sayda reklam lövhələri yerləşdirilir. Bundan əlavə, tarixi binaların çoxu barədə ilkin məlumata rast gəlinmir.

Bəzi binaların üzərinə xatirə löhvəsi vurulub. Amma bundan artığını görmürük. Məsələn, əksər ölkələrdə təkcə tarixi binanın yaxınlığında deyil, həm də həmin küçədə bina haqqında məlumat lövhəsi vurulub. Gəlin baxaq bizdə belə hal varmı?! Yox. Bu isə tariximizə laqeydlikdən başqa bir şey deyil. Bu gün təkcə İstiqlaliyyət küçəsində ən azı 4-5 tarixi bina var. Amma bu küçədə bu barədə heç bir məlumata rast gəlmirik. Buna nə ad vermək olar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO