Naqillər altında alver, pis qoxu - «Təzə bazar»ın yeni dərdi - REPORTAJ

Naqillər altında alver, pis qoxu - «Təzə bazar»ın yeni dərdi - REPORTAJ

Hazırda oxunan: Naqillər altında alver, pis qoxu - «Təzə bazar»ın yeni dərdi - REPORTAJ

12051

Bakının Nəsimi rayonu ərazisində fəaliyyət göstərən məşhur “Təzə bazar”da alver edənlərin bir hissəsi keçmiş “Qarabağ” mehmanxanasının yerində tikilmiş “Eurohome”a, “Təzə bazar”la üzbəüz “AF Center”ə və Mirəli Qaşqay və Ceyhun Hacıbəyli küçəsi arasında yerləşən “AFcom Plaza” ticarət mərkəzlərinə köçürülüb.

Son köçürülmə ötən il dekarın 1-də həyata keçirilib. Ancaq həmin vaxtdan 2 ay keçməsinə baxmayaraq narazılıqlar yaranmağa başlayıb.

Belə ki, bəzi şəxslər iş yerlərinə gedən zaman qarşılaşdıqları tıxacdan, bəziləri oturduqları məkandakı səs-küydən, bəziləri isə onlara verilən otaqların qoxusundan şikayət edirlər.

Deyilənlərin doğru olub-olmadığını araşdırmaq üçün Bizim.Media-nın əməkdaşı “AFcom Plaza” yaşayış kompleksinin qarajında  yerləşən yeni “Təzə bazar”a baş çəkib.
 

MÖVZU İLƏ BAĞLI:

“Təzə bazar”ın təzə yeri, gəlib-getmir heç müştəri – REPORTAJ 


Ərazidə yaşayan Anar Əliyev (ad şərtidir) ticarət edənlərin ucbatından maşınını saxlamaq üçün yer tapa bilmədiyini deyir. O, bu problemin həlli üçün dövlət qurumlarına da müraciət edib.

Həmin binanın 5-ci mərtəbəsində yaşayan Aidə Əliyeva (ad şərtidir) isə heç nədən şikayətçi deyil:

 

“Əksinə evimin altında bazar olmağı mənim üçün daha əlverişlidir. Narazı qalanlara gəldikdə isə, hər kəs bir parça çörək pulunu qazanır”.


Biz isə bazarın içərilərinə doğru irəlilədik və qarşılaşdığımız mənzərə bir az qəribə gəldi. Belə ki, bazarın bu səmti bom-boş idi. 

Daha sonra isə meyvə-tərəvəz, quru meyvələr, qida və s. kimi malların satıldığı bölməyə yaxınlaşırıq. Burda sanki müştəri sarıdan qurbağa gölünə daş atıblar, heç kəs gözə dəymir. 

Alver edənlər problemlərini dilə gətirirlər. Onların fikrincə, şikayətlərinə qulaq asan yoxdur. 

Hesab edirlər ki, naqillərin, kommukassiya kabellərinin altında alver etmək həyatlarına təhlükə yaradır.

 

Meyvə satan qadınlardan birinə yaxınlaşırıq. O, alverin zəif olduğunu, əvvəlki kimi müştəri olmadığını deyir.


Nəhayət, həmin bazara rəhbərlik edən Ədalət adlı şəxlə görüşdük. O, əsasən bina sakinlərinin narazı olduğunu dilə gətirdi:

“Bizə də kanalizasiyanın və kabellərin altında olmaq xoş deyil. Əhalini də başa düşürəm, pul verib gözəl yerdə ev alıb, istəmir ki, evinin altı bazar olsun. Bizə də ən çox narahatçılıq törədən 5 ailə var ki, çörək pulumuzu qazanmağa mane olurlar, hər yerə şikayət edirlər. Başa düşmək istəmirlər ki, biz burda müvəqqətiyik. 

Biz də yer pulu verməliyik. Belə olduğu halda alverimiz getmir. Burda nə qədər ticarətçi var. Hər kəs ailəsinə bir tikə çörək aparmaq istəyir.

Yerimizdən narazı deyilik. Sadəcə istəyirik ki, təhlükəsizliyimiz təmin olunsun, rahat çörəyimizi qazana bilək. Bir an öncə öz yerimizə qayıdaq, nə bizə, nə də yaşayanlara problem olsun”.

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO