Əli Həsənov Bakıda torpaq satdı – FANTASTİK MƏBLƏĞ

Əli Həsənov Bakıda torpaq satdı – FANTASTİK MƏBLƏĞ

Hazırda oxunan: Əli Həsənov Bakıda torpaq satdı – FANTASTİK MƏBLƏĞ

120397

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsini satıb.

Bizim.Media axar.az-a istinadən xəbər verir ki, artıq alqı-satqı baş tutub və Əli Həsənov torpağın satışından 12 milyon manat əldə edib.

Belə ki, Təchizatçı ASC-nin adına olan torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3097-ci məhəllə, 14B ünvanında yerləşir.

Torpaq sahəsinin ölçüsü təxminən 1.7 hektara yaxındır.

Ərazi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışda torpaq sahəsi əmlak kompleksi müəssisəsi kimi göstərilib.

Təchizatçı ASC ərazini tam pay sahibi kimi 2016-cı ildə qeydiyyatdan keçirib.

Qeyd edək ki, Təchizatçı ASC-nin qanuni təmsilçisi Azər Kalam oğlu Vəliyevdir. Əli Həsənov və onun xanımı Sona Vəliyevanın yaxın qohumu olan Azər və Fərmayıl Vəliyevlər PA-nın sabiq şöbə müdirinin biznes imperiyasını idarə edirlər.
“Təchizatçı” adı ilə ünvanı Heydər Əliyev-181 və Ziya Bünyadov-15 olmaqla, onlarla qurum qeydiyyatdan keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO