Artıq 3 ildir ki, ağır xəstəlikdən əziyyət çəkən 33 yaşlı aşıq Azər Xanlaroğlunun İsraildə müalicə olunması üçün 60 min dollar lazımdır. Hazırda 1 saylı Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə olunan aşığın durumuna ictimai şəxslər və sənət adamları səssiz qalmayıblar və onun müalicəsi üçün imkanlı şəxslərdən yardım istəyiblər.
Professor Nəsir Əhmədli qeyd edib ki, imkanlı şəxslər Azər üçün yardım əlini uzatmalıdırlar: “Saz türkün ruhunun qidası, bir millət kimi varlığımızın atributlarından biri, bəlkə də birincisidir. Saz Dədəm Qorquddur, Koroğludur, Xətaidir, Qurbanidir, Tufarqanlı Abbasdır, Dədə Ələsgərdir və kimlər, kimlərdir. Qeyrətli babalarımız bu Allah nemətini yüz illər boyu qoruyaraq, əzizləyərək, inkişaf etdirərək, bizə ərməğan ediblər. Bu nemət bizə Ədaləti, Xanları, Əlini, kimləri və kimləri bəxş edib. Belə ərməğanlardan biri də ustad aşıq Xanlar Məhərrəmovun oğul yadigarı Azər Xanlaroğludur. Azər adi aşıq deyil, sözün əsl mənasında virtiozdur. 72 saz havasının, demək olar, hamısını ən yüksək səviyyədə ifa etməklə yanaşı, klassik milli musiqi nömrələrini də məharətlə “sazlaşdırmağı”x9d bacarır. “Çırpınırdın, Qara dəniz”x9d, “Koroğlu”x9d operasının uvertürası, Azərbaycanın Dövlət Himni onun ifasında ürəkləri fəth edir. Azər Xanlaroğlunun cəmi 33 yaşı var. 3 ildir ki, “Hepatit B”x9d xəstəliyindən əziyyət çəkir. Son günlər səhhəti pisləşib, yataqdan dura bilmir. Həkimləri deyirlər ki, xəstəliyin müalicəsi yalnız İsraildə mümkündür. Müalicəsi təxminən 60 min dollara başa gəlir. Üzümü Azərin ata-baba yurdu Tovuzun, Azərbaycanın, bütün Türk Dünyasının imkanlı şəxslərinə, Mədəniyyət Nazirliyinə, Aşıqlar Birliyinə, millət vəkillərinə, tanınmış ziyalılara tuturam: Gəlin Azəri, müqəddəs sazımızı xilas edək. Bu, o qədər də çətin iş deyil. Cəmi 600 nəfər tapılsa və onların hər biri ailə büdcəsindən 100 dollara qənaət edə bilsə, problem həllini tapmış olar. Bu addımı birinci olaraq, mən atıram və inanıram ki, ardıcıllarım az olmayacaq. Digər tərəfdən, elə imkanlı soydaşlarımız var ki, onlar bu rəqəmi artıra da bilərlər. Gəlin, köməyimizi əsirgəməyək!”x9d
Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu da imkanlı şəxsləri aşığa yardım etməyə səsləyib: “Bu mövzunu gündəmə gətirdiyiniz üçün çox sağ olun. Doğrudan da, bu gün Azər Xanlaroğlunun müalicəsini davam etdirməsi üçün maddi dəstəyə ehtiyacı var. Son illərdə onun səhhətində ciddi problemlər yaranıb. Bir neçə dəfə Bakıdakı klinikalarda müalicə alıb. Amma hələ ki, bu müalicələr lazımi effekt verməyib. Azər Xanlaroğlu ustad sənətkar, həyatdan vaxtsız köçmüş aşıq Xanlar Məhərrəmovun oğludur. “Ustad oğlu şəyird olmaz”x9d deyiblər. Azər də erkən yaşlarında sənətə gəlib, qısa müddətdə tanınıb, sənətdə püxtələşib. Azərin səhhətində yaranmış problemlər təbii ki, bizi narahat edir. Belə bir istedadlı gəncin qorunması hamımızın borcumuzdur. Onun müalicəsi üçün lazım olan məbləği ödəmək Aşıqlar Birliyinin imkanı xaricində olduğundan üzümü imkanlı şəxslərə, iş adamlarına, aşıq sənətinə biganə olmayanlara tutub, Azər Xanlaroğlunun müalicəsi üçün maddi dəstək olmalarını xahiş edirəm. İnanıram ki, ən qısa zamanda səsimizə səs verənlər tapılacaq”x9d.
Aşıq Telli Borçalı isə Azər Xanlaroğlunun durumundan xəbərsiz olduğunu bildirib: “Bakıda deyiləm, ona görə də Azərin başına gələnlərdən xəbərsizəm. Bu yaxınlarda görüşmüşdük, xəstəliyi barədə heç nə demədi. Məlumatsız olduğum üçün ona baş çəkməmişəm. Azər üçün əlimizdən gələni etməliyik. Xəstə olmasına üzüldüm. Aşıqlar, sənət adamları, imkanlı şəxslər Azərə maddi yardım etməlidirlər, onu ayağa qaldırmalıdırlar”x9d.
Müğənni Ayan Babakişiyeva isə qeyd edib ki, aşığın bu halı onu kədərləndirir: “Aşıq Azəri yaxşı tanıyıram, gözəl insandır. Onun haqqında belə xəbərlər eşitmək məni çox incidir. İki balaca gül balası var. Hər kəsi ona maddi yardım etməyə çağırıram. Kimin nəyə gücü çatırsa, kömək etməlidir, az, ya çox düşünməməlidir. Biz əlimizdən gələni etməliyik. Allah köməyi olsun, tezliklə şəfa tapsın”x9d.(Musavat.com)






























































































