Nazirlər Kabineti “Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr barədə” qərarında dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, bundan sonra işçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin alkoqollu içkilər, 18 yaşına çatmamış işçilərə energetik içkilər, habelə tütün məmulatları, narkotik vasitələr, psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə biləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:09 / 16.02.2021
Əli Əsədov maaşla bağlı qərar imzaladı
Hazırda oxunan: Əli Əsədov maaşla bağlı qərar imzaladı
Hazırda oxunan: Əli Əsədov maaşla bağlı qərar imzaladı
12033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.