Ağdamda Türkiyədə zəlzələdə zərərçəkmiş şəxslərə yardım toplama aksiyası davam edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, aksiyaya qazilər də qoşulub. Qarabağ müharibəsi qazisi Şamil Əbilov rayon qazilərinin pul və ərzaq yardımlarını mərhələli şəkildə həyata keçirdiklərini bildirib.
Həmçinin Tərtər rayonunda da aksiya davam edir. Burada ərzaq və isti yataq dəstləri toplanılır. Toplanan bağlamaların yola salınması üçün maşın çatışmazlığı yaşanır.
Bundan başqa, Ağcabədi, Bərdə və Beyləqan rayonlarında da yardım toplama aksiyası davam edir.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu