Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbələr - Gülşən və Jalə Cəfərova bacıları ölkəyə gətiriliblər.
Bizim.Media xəbər verir ki, Kəpəz televiziyasının əməkdaşları azərbaycanlı tələbələrin evində olub, onların vəziyyəti ilə maraqlanıb.
Gülşən Cəfərova qeyd edib ki, baş verən hadisəni ömrünün sonunacan unuda bilməyəcək.
"Nə yarım qalan ömürləri, nə valideynsiz övladları, nə çəkilən fəryadları. Çarəsizlik ağır dərddir. Allah bir daha yaşatmasın!", - deyə o, əlavə edib.
Jalə Cəfərova isə bildirib ki, Kahramanmaraş Universitetinin “Sağlıq bilimləri” fakültəsinin 4-cü kurs tələbəsi Gülşən Cəfərova da bacısından heç də az gərginlik yaşamayıb.
O, hətta zəlzələ baş verəndə bacısı Jalənin öldüyünü güman edib.
Bizim.Media