Azərbaycanda hamı əmlakını sığortalamağa başladı – Zəlzələ XOFU

Azərbaycanda hamı əmlakını sığortalamağa başladı – Zəlzələ XOFU

Hazırda oxunan: Azərbaycanda hamı əmlakını sığortalamağa başladı – Zəlzələ XOFU

120108

“Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycanın sığorta bazarında hərəkətlənmə yaradıb. Daşınmaz əmlakın həm icbari, həm də ki, könüllü sığortasında canlanma müşahidə olunur”.

Bunu Bizim.Media-ya açıqlamasında sığorta üzrə ekspert İlkin İbrahimov deyib.

O bildirib ki, daşınmaz əmlakın sığortalanmasındakı artımın rəqəmlərlə ifadəsini demək üçün ayın sonunu gözləməliyik:

“Çünki, fevral ayının statistikasını Mərkəzi Bank martın ilk günlərində açıqlayacaq. Amma ilkin müşahidələr onu göstərir ki, fevralda əvvəlki aylarla müqayisədə əsaslı dinamikanı biz görə biləcəyik. Yəni narahatçılıq keçirən bir çox əmlak sahibləri var-dövlətlərini sığorta etdirməyə başlayıblar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO