Qusardan Kahramanmaraşa 100 min manatlıq YARDIM - FOTO

Qusardan Kahramanmaraşa 100 min manatlıq YARDIM - FOTO

Hazırda oxunan: Qusardan Kahramanmaraşa 100 min manatlıq YARDIM - FOTO

120100

Bu gün Qusardan qardaş Türkiyəyə 100 min manatlıq  vacib məhsullar dolu ilk yardım yola düşəcək. 

Qusar İH başçısının müavini Elman Mustafayev Bizim.Media-ya məlumat verib ki, türk qardaş -bacılarımıza 100 min manatlıq önəmli məhsullar göndəririk.

Onlardan 40 min manatlığı dərman və tibbi ləvazimatlardır. Digər mallar isə zəruri- yuyucu, təmizlik vasitələri, konservləşdirilmiş məmulatlar və yorğan döşəkdən ibarətdir". 
Qusarda Türkiyədə zəlzələdən ziyançəkən insanlara yerli əhali var-gücü ilə dəstəyə qoşulub.

"Varını verən utanmaz" deyiminə uyğun olaraq, hərə öz qulpundan çıxan köməyi göstərməyə çalışıb. 

Qeyd edək ki, Qusarda humanitar yardımın iri Tıra yüklənməsinə ötən gündən başlanılıb, və bu gün yola salınmasına qərar verilib. Marşrut isə zəlzələnin əsas ocaqlarından olan Kahramanmaraşadır. 










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO