Bakının Nəsimi rayonunda oğul anasını döyüb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Mustafayeva Afizər Yunis qızı yaşadığı evdə oğlunun işgəncəsinə məruz qalıb.
Belə ki, oğlu onu ağac budağı ilə döyüb.
Yaralı qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
A.Mustafayevaya qapalı kəllə-beyin travması, alın nahiyyəsinin açıq yarası və burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub.
Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:47 / 12.02.2023
Bakıda oğul anasını ağacla döydü
Hazırda oxunan: Bakıda oğul anasını ağacla döydü
Hazırda oxunan: Bakıda oğul anasını ağacla döydü
120060
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.