Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Qazaxlı Ramiz Saday oğlu barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Onun həbsdə saxlandığı 1 il 2 ay 16 gün müddət cəzadan çıxılmaqla üzərində 5 il 3 ay 14 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
R.Qazaxlı Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti ilə cəzası şərti hesab olunub.
Qeyd edək ki, "Azar-Tİ" MMC direktoru R.Qazaxlı bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilir.
İş üzrə 11 nəfər zərərçəkmiş var. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurulmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:34 / 16.02.2021
11 nəfərin mənzilini bir neçə şəxsə satan şirkət rəhbərinə hökm oxundu
Hazırda oxunan: 11 nəfərin mənzilini bir neçə şəxsə satan şirkət rəhbərinə hökm oxundu
Hazırda oxunan: 11 nəfərin mənzilini bir neçə şəxsə satan şirkət rəhbərinə hökm oxundu
12004
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.