Ucarda 3 minik maşını toqquşdu - 3 nəfər xəsarət alıb - FOTO

Ucarda 3 minik maşını toqquşdu - 3 nəfər xəsarət alıb - FOTO

Hazırda oxunan: Ucarda 3 minik maşını toqquşdu - 3 nəfər xəsarət alıb - FOTO

120028

Ucarda 3 minik maşınının iştirakı  ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Rayonun Rəstəcə kənd sakini, 1973-ci il təvəllüdlü Bəxtiyar Kazım oğlu Kazımovun idarə etdiyi  "VAZ-2104" markalı minik maşını ilə 2001-ci il təvəllüdlü Famil Səməd oğlu Rüstəmovun idarə etdiyi  "Mercedes" markalı minik maşını və daha bir "Mercedes"  toqquşub.
Nəticədə 3 nəfər xəsarət alıb. Ucar Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, yaralıların xəsarətləri yüngül olduğundan müayinə olunduqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO