Göyçayda 4 avtomobil toqquşdu - Yaralılar var - FOTO/VİDEO

Göyçayda 4 avtomobil toqquşdu - Yaralılar var - FOTO/VİDEO

Hazırda oxunan: Göyçayda 4 avtomobil toqquşdu - Yaralılar var - FOTO/VİDEO

119985

Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Bİzim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə dünən saat 23:00 radələrində Göyçay-Qarabaqqal-Bığır yolunun Hacalıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

İki "VAZ 21015", "VAZ 2106" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yolda nəqliyyatın hərəkəti yarım saat ərzində dayanıb, böyük məsafədə tıxac yaranıb. DYP əməkdaşları nəqliyyatın hərəkətini bərpa edib.

Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Hadisə nəticəsində "VAZ 21015" markalı avtomobillərdən birinin sürücüsü, 1984-cü il təvəllüdlü Alməmmədov Kamil Əziz oğlu və sərnişini, 1968-ci il təvəllüdlü Xəlilova Ərzi İsrafil qızı xəsarət alıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media
 


 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO