Xəbər verildiyi kimi, fevralın 15-də saat 05 radələrində Xətai rayon ərazisində 1987-ci il təvəllüdlü İsmayıl Xankərimova məxsus üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, Xətai rayonunun prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1987-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Famil İsmayılov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:41 / 16.02.2021
Bakıda törədilən qətlin üstü açıldı
Hazırda oxunan: Bakıda törədilən qətlin üstü açıldı
Hazırda oxunan: Bakıda törədilən qətlin üstü açıldı
11993
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.