Naxçıvanda gənc əsgərlərin andiçmə mərasimi keçirildi - VİDEO 

Naxçıvanda gənc əsgərlərin andiçmə mərasimi keçirildi - VİDEO 

Hazırda oxunan: Naxçıvanda gənc əsgərlərin andiçmə mərasimi keçirildi - VİDEO 

119910

Əlahiddə Ümumqoşun Orduda yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, mərasimdə şəhidlərimizin və fevralın 6-da Türkiyə Respublikasında baş vermiş zəlzələdə həlak olanların əziz xatirəsi yad edildikdən sonra Dövlət Himnimiz səsləndirilib. 

Polkovnik Mahmud Əmirov çıxışında gənc əsgərləri təbrik edərək  hərbi andın mənasını, and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri xatırladıb. 

Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər. 

Gənc əsgər Qalib Zeynalov çıxışında hərbi xidmətə zəfər və mübarizə əzmi ilə gəldiyini bildirib və əsgər yoldaşlarına xidmətlərində uğurlar arzulayıb. 

Valideynlər adından çıxış edən Ruslan Zeynalov sırada dayanan hər bir Vətən övladının peşəkar döyüşçü və bacarıqlı əsgər kimi formalaşacaqlarına, üçrəngli bayrağımızın dalğalandığı istənilən ərazidə qürurla, qətiyyətlə xidmət edəcəklərinə inandığını bildirib. 

General-mayor Rəhim Cəfərov Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, andiçmə mərasimi hər bir əsgərin həyatında unudulmaz və yaddaqalan günlərdən biridir. 

Qeyd olunub ki, hərbi xidmətə yenicə qədəm qoyan gənc əsgərlərə ixtisaslarına uyğun təlim və məşğələlər keçirilir.

Hərbi  hissədə olan müasir şərait məşğələlərin səmərəli təşkilinə zəmin yaradır. Yanvar ayında ordu sıralarına daxil olan gənclərimiz də peşəsinin incəliklərinə yaxşı bələd olan  peşəkar komandirlər tərəfindən keçirilən məşğələlərdə hərbi bilik və vərdişləri həvəslə öyrənəcək, yüksək döyüş hazırlıqlı hərbi qulluqçu kimi formalaşaraq Vətənə, xalqa, dövlət və dövlətçiliyimizə sonsuz sədaqətlə xidmət edəcəklər. 

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO