Daha bir yerli kompaniya Türkiyəyə yardım üçün 50 min manat GÖNDƏRDİ 

Daha bir yerli kompaniya Türkiyəyə yardım üçün 50 min manat GÖNDƏRDİ 

Hazırda oxunan: Daha bir yerli kompaniya Türkiyəyə yardım üçün 50 min manat GÖNDƏRDİ 

119899

Dağıdıcı zəlzələlərdən dərhal sonra ilk Azərbaycan tərəfindən qardaş ölkəyə göstərilən dəstək Azərbaycan və Türkiyə xalqları arasında dostluq münasibətlərinin birliyinə və möhkəmliyinə əyani sübutdur. 

Bizim.Media xəbər verir ki, bu yardım kampaniyasına “İmprotex” şirkətlər qrupu da qoşulub. 

Belə ki, “İmprotex”  Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən Azərbaycanda başlanmış yardım kampaniyasına 50 min manat vəsait ayırmaqla dəstək verib.  

Şirkətdən qeyd edilib ki, vəsait zəlzələdən zərər çəkənlər üçün açılmış yardım fondlarına köçürülüb:  

“İnanırıq ki, Türkiyə zəlzələnin ağır nəticələrini tezliklə aradan qaldıracaq. “İmprotex” şirkətlər qrupu bir daha yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir, bütün zərərçəkənlərə şəfa diləyir. Türkiyə, biz səninləyik!” 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO